Kürdəmirdə Gənclər Günü qeyd olunub
Fevralın 2-də rayonun Heydər Əliyev Mərkəzində Ümumrespublika Gənclər Günü münasibətilə tədbir keçirilib.İlk öncə tədbir iştirakçıları Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər-çiçək dəstələri düzdülər.
Tədbirdə “Azərbaycan gəncliyi Azərbaycanın gələcəyidir”mövzusunda Kürdəmir rayon Gənclər və İdman idarəsinin rəis müavini Qalib Baxşiyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə də, indi də gənclər siyasətinə xüsusi diqqət yetirildiyi, Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi proseslərdə həmişə fəal iştirak etdikləri vurğulandı.
Çıxışda xüsusilə vurğulandı ki, Bu gün Ulu Öndərin siyasi kursunun davamçısı,gənclərin liderı ,onları daima irəli səsləyən İlham Əliyev kimi prezidentimiz var və biz gənclər də onun davamçılarıyıq.Məhz cənab İlham Əliyevin gərgin fəaliyyəti sayəsində ölkəmizin siyasi həyatında gənclərin fəallığının artmasına ,onların yaradıcılıq ,təhsil,istirahət şəraitinin yaxşılaşdırılmasına , bir sözlə onlara daimi diqqət və qayğının artırılmasına nail olunmuşdur.Ölkə Başçısının rayonumuza səfərlərində müasir standartlara cavab verən yeni təhsil ocaqları, gənclərin asudə vaxtlarının səmərəli keçirməsi üçün Bayraq Meydan Kompleksi və Kürdəmir Gənclər evi Cənab Prezidentimizin Kürdəmirli gənclərə ən böyük tövhəsidir.Ulu Öndərimiz Heydər Əliyevin nurlu ideyalarına sadiq olan və onlardan bəhrələnən Azərbaycan gəncləri Prezident İlham Əliyev ətrafında sıx birləşərək, Vətənimizin tərəqqisi naminə var qüvvə ilə çalışırlar.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli rayon gənclərini salamlayaraq onları Gənclər Günü münasibəti ilə təbrik etdi və ölkəmizdə gənclər siyasətinin əsasının Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu, Ulu Öndərin gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirdiyini, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdiyini, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirdiyini bildirdi. 1994-cü il 26 iyulda Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 1997-ci ildə 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, 5 dövlət proqramının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Ulu Öndər Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Bu, gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradır, habelə dövlət orqanlarının diqqətini gəncliyin problemlərinin həllinə yönəldirdi.Ulu Öndərin gəncliyə və gənclərə etimadı indi öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir..Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlət Başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bölgələrdə də olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiada və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur.Gənclərin məşğulluğunun təmin olunması üçün də mühüm addımlar atılır.Ölkəmizdə dövlət qeydiyyatından keçən 170-dən çox gənclər təşkilatı fəaliyyət göstərir,minlərlə gənc liderlər yetişib.Ayrı-ayrı gənclər təşkilatları il boyu gənclər və yeniyetmələri müxtəlif layihələrə cəlb edir, onların hərtərəfli inkişafı, kamil vətəndaş kimi yetişmələri, dövlət quruculuğunda iştiraka hazırlığı, lider kimi formalaşmalarına kömək məqsədilə çoxsaylı tədbirlər keçirirlər.
Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısının müavini Vəsilə Əsgərli Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan bir qrup gəncə partiya bileti təqdim edib, ayrı-ayrı sahələrdə fərqlənən gənclərə fəxri fərman və qiymətli hədiyyələr verib.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra Gənclər Günü bayramı Kürdəmir rayon Uşaq incəsənət məktəbinin gənc istedadlarının hazirladığı konsert proqramı ilə davam etdi.