Heydər Əliyev prospektində abadlıq və yenidənqurma işləri davam edir
08 yanvar 2013 | 16:00
Kürdəmir rayonunda həyata keçirilən abadlıq və tikinti quruculuq işləri çərçivəsində rayonun Heydər Əliyev prospektində müasir işıq dirəkləri quraşdırılır, divarlar müasir dizayna uyğun ağlay materialı ilə üzlənilir, piyada yolları mozaik beton tavalarla düzəldilir, yeni asfalt örtüyü vurulur.
Bundan əlavə prospektdə 42 metr hündürlüyündə “Bayraq meydanı” ,
7 metr hündürlüyündə olan 4-cəhətli “saat qülləsi” tikilmişdir ki,bu da prospektə xüsusi gözəllik verir.
Heydər Əliyev prospektində yerləşən ikimərtəbəli yaşayış binasının dam
örtüyü dəyişdirilib,mövcud tikililərin fasad hissəsi yenilənir.