Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə voleybol üzrə rayon turnirinə yekun vurulub

25 yanvar 2017 | 16:00

Yanvarın 25-də rayonun Atakişili kənd tam orta məktəbinin idman zalında   2 Fevral - Gənclər Gününə həsr olunan idmanın voleybol növü üzrə rayon birinciliyinin final mərhələsi keçirilib. 
Kürdəmir rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə keçirilən yarışda rayonun ümumtəhsil məktəblərinin voleybol komandaları iştirak ediblər. Final oyununda iştirak edən Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəis müavini Qalib Baxşiyev qarşıdan gələn Gənclər Günü ilə əlaqədar bütün gəncləri təbrik etdi və idmançılara qələbə sevinci arzuladı. O, bildirdi ki, 2 feval gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu.1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıdı. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzrlərində hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başaladı. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilr. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi olarıq.
Yanvar ayının 23-dən start götürən turnirdə komandalar qrup, yarımfinal və final mərhələsində yarışıblar. Oyunların nəticələrinə görə I yerə Atakişili kənd tam orta məktəbin voleybol komandası, II yerə şəhər 2 saylı tam orta məktəbin voleybol komandası və III yerə şəhər 1 saylı tam orta məktəbin voleybol komandası layıq görülüblər.
Turnirdə fərqlənən idmançılar və qalib gələn komandalar rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və kubokla mükafatlandırlıblar.

Keçidlər