Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə həsr olunan tədbir keçirilib

23 yanvar 2017 | 16:00

Yanvarın 23-də rayon İcra Hakimiyyətinin akt zalında Kürdəmir Rayon İcra Hakimiyyətinin və  9 saylı Ərazi Vergilər İdarəsinin birgə təşkilatçılığı ilə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə həsr olunan maarifləndirici tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Ağali Kərimli, 9 saylı Ərazi Vergilər İdarəsinin  vergi ödəyicilərinə xidmət və şəffaf vergi partniyorluğu şöbəsinin rəhbəri Teyyub Əsgərov, 9 saylı Ərazi Vergilər İdarəsinin şəffaf vergi partniyorluğu bölməsinin rəhbəri Surxay Sultanov, rayon sahibkarları, icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Ağali Kərimli qonaqları və tədbir iştirakçılarını salamladı. Ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadi sahədə əldə olunan uğurlardan, sahibkarlara yaradılan münbüt şəraitdən danışdı.
Tədbirdə 9 saylı Ərazi Vergilər İdarəsinin  vergi ödəyicilərinə xidmət və şəffaf vergi partniyorluğu şöbəsinin rəhbəri Teyyub Əsgərov, 9 saylı Ərazi Vergilər İdarəsinin  şəffaf vergi partniyorluğu bölməsinin rəhbəri Surxay Sultanov çıxış edərək 01 yanvar 2017-ci il tarixindən Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər barədə tədbir iştirakçılarına geniş məlumat verdilər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavab verildi.

Keçidlər