Kürdəmirdə “Torpaq, əgər uğrunda ölən varsa vətəndir və İslamda şəhidlik zirvəsi” mövzusunda tədbir keçirilib
Yanvarın 18- də Kürdəmir rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi, Kürdəmir rayon Polis İdarəsinin və DTX-nin Kürdəmir rayon İdarəsinin birgə təşkilatçılığı ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının akt zalında rayonun səhiyyə işçilərinin iştirakı ilə 20 Yanvar faciəsinin 27- ci ildönümü ilə əlaqədar “Torpaq, əgər uğrunda ölən varsa vətəndir və İslamda şəhidlik zirvəsi” mövzusunda anım tədbiri keçirilib.
Tədbirdə Kürdəmir rayon icra hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, rayon Polis İdarəsinin əməkdaşı Nizami Abbasov, DTX-nin Kürdəmir rayon idarəsinin əməkdaşı Seymur Müslümov və Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının hüquq məsləhətçisi Əlabbas Abdulxalıqov da iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov tədbirdə 20 Yanvar faciəsinin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan danışaraq bu hadisənin Azərbaycan xalqının yaddaşında qanlı bir səhifə kimi qalmaqla bərabər, həm də qürur günü kimi daxil olduğunu qeyd edib. O vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli Liderinin ölkə rəhbərliyinə qayıdışından sonra Ulu Öndər vətənimizin azadlığı uğrunda canlarından keçən vətəndaşlarımızın xatirəsini əbədiləşdirilməsi məqsədilə əməli tədbirlər həyata keçirdi. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamları ilə 20 Yanvar faciəsinin ildönümü hər il respublikanın hər yerində qeyd olunur. Şəhid ailələrinə dövlət qayğısı artırılır.
Daha sonra çıxış edən DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev İslam dinində “vətən” və “şəhidlik” məfhumlarının əvəzolunmaz müqəddəslərdən sayıldıqlarını vurğulayaraq 20 yanvar gecəsi Azərbaycan tarixinə qızıl hərflərlə qəhrəmalıq salnaməsi yazıldığını bildirib.
Sonda rayon Polis İdarəsinin əməkdaşı Nizami Abbasov, DTX-nin Kürdəmir rayon idarəsinin əməkdaşı Seymur Müslümov və Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının hüquq məsləhətçisi Əlabbas Abdulxalıqov da çıxış edərək 20 Yanvar günü Azərbaycan xalqının yaddaşında qanlı bir səhifə kimi qalmaqla bərabər, həm də qürur günü kimi daxil olduğunu söyləyiblər.