Kürdəmirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram şənliyi təşkil olunub
Dekabrın 29-da rayonun “Kürdəmir” sarayında Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ümumrayon tədbiri keçirilib.
Tədbirdə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin, veteranların, ağsaqqalların, gənclərin, idmançıların, aztəminatlı ailələrin və ictimaiyyətin digər nümayəndələri iştirak etdilər.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Ağali Kərimli Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun adından tədbir iştirakçılarını təbrik etdi, onlara ən xoş arzularını çatdırdı. O,qeyd etdi ki, Dünya Azərbaycanlılarının həmrəylik günü Ümummilli Lider, dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olmaqla, 31 dekabr Azərbaycan xalqının, dünyanın ayrı-ayrı ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlının həmrəylik tarixdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına yönəldilən səmərəli, ardıcıl və məqsədyönlü tədbirlər görülmüş, yeni iş yerləri yaradılmış, yoxsulluğun aradan qaldırılmasına, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin artırılmasına hərtərəfli qayğı göstərilmişdir. Sonda Ağali Kərimli əldə olunan uğurlara görə ilk növbədə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bütün kürdəmirlilərin səmimi təşəkkürünü və minnətdarlığını bildirdi.
Daha sonra Kürdəmir rayon İcra Başçısı adından 2016-cı ildə əmək fəaliyyətlərində fərqlənmiş bir qrup ziyalılara, qabaqcıl təhsil işçilərinə və idmançılara fəxri fərmanlar təqdim edildi.
Tədbirdə rayonun incəsənət ustalarının çıxışları oldu, bir-birindən rənagarəng nəğmələr səsləndirildi. Yeni ilin simvolu Şaxta baba və Qar qız balacalara yeni il hədiyyəsi payladı. Təşkil olunan bayram konserti iştirakçılarda xoş ovqat yaratdı.