Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin Anım Günü münasibətilə silsilə tədbirlər davam edir

09 dekabr 2016 | 16:00

Ümummilli Lider Heydər Əliyevin Anım Günü münasibətilə dekabrın 9-da Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının Gənclər  Birliyinin   tədbiri keçirilib.
        YAP rayon təşkilatının  qərargahında  keçirilən tədbirdə  YAP rayon təşkilatının Gənclər Birliyinin şura və idarə heyəti üzvləri, fəal gənclər  iştirak ediblər.
        Tədbir iştirakçıları  əvvəlcə rayon təşkilatının qərargahında Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.    
         Sonra  dəyirmi masa   YAP rayon təşkilatı qərargahının   akt  zalında öz işinə başladı.  Tədbir  iştirakçıları əvvəlcə  dahi şəxsiyyət, Ulu Öndərimiz Heydər Əliyevin nurlu və əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
        Tədbiri  giriş sözü ilə YAP Kürdəmir rayon təşkilatı  Gənclər Birliyinin  sədri  Daşqın Rüstəmov  açıb. O, bildirib ki, dekabrın 12-də müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli Liderimiz Heydər Əliyevin vəfatından 13  il ötür. Natiq   vurğulamışdır ki, Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır. Ulu Öndər Heydər Əliyev  Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər ərzində, həmişə xalqımızın milli maraqlarını dəqiq müəyyən etmiş, ictimai, siyasi, iqtisadi,   mədəni və digər sahələrlə yanaşı gənclərlə aparılan işi  daim önə çəkmişdir. O  qeyd edib  ki, Ulu Öndərin Azərbaycan gəncliyinə göstərdiyi qayğı bu gün ölkə rəhbəri, partiyamızın sədri cənab İlham Əliyev tərəfindən davam etdirilir.
      Çıxışçılardan YAP  Kürdəmir rayon təşkilatının baş məsləhətçisi Məhəmməd Heydərli, Heydər Əliyev Mərkəzinin elmi işçisi Xəyyam Məlikov,rayon təşkilatının  Gənclər Birliyinin şura üzvü, şəhər 2 saylı tam orta məktəbin müəllimi Leyla Abdurahmanova,   fəal gənc  Rauf  Abuşov   bildiriblər ki,  tarixi şəxsiyyət olan Ulu Öndərimiz bütün həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti – Azərbaycanı bizə bəxş etdi. Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır. Natiqlər  bu gün  ölkə rəhbəri cənab İlham Əliyevin bu siyasəti çox böyük uğurla davam etdirməsinin  müstəqil və müasir Azərbaycanın işıqlı gələcəyinin qarantına çevrilməsinə səbəb olduğunu vurğulamışlar. Onlar gənc olaraq  bu sabitlikdən, əmin-amanlıqdan bəhrələnərək ölkəmizin uğurlu gələcəyi naminə durmadan  çalışacaqlarını  qeyd ediblər.
         Sonda YAP Kürdəmir rayon təşkilatının sədri  Ağali Kərimli  qeyd edib ki,  müasir tariximizin hər bir sətri Ümummilli Liderimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılmışdır.Bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz bütün nailiyyətlər Heydər Əliyev dühasının, ideyalarının nəticəsi və təntənəsidir. Ömrünü xalqının firavan yaşamasına həsr etmiş , dünya miqyasında tanınan və əziz xatirəsi hörmətlə yad edilən Ulu Öndər   Heydər Əliyev xalqımızın yaddaşında   əbədi olaraq yaşayır və  yaşayacaqdır.
                                            

Keçidlər