Kürdəmirdə yeni tut bağları salınır
Prezident İlham Əliyevin ölkəmizdə ixracyönümlü məhsulların, o cümlədən baramaçılığın inkişafı ilə bağlı tapşırıqlarına əsasən cari ildən Kürdəmirdə bu sahəyə diqqət və maraq ciddi surətdə artıb. Təbii ki, baramaçılığın inkişafı möhkəm yem bazasından asılıdır və hazırda rayonda yeni tut bağları salınır, köhnə bağlar isə bərpa olunur.
Ümumilikdə bu il rayon ərazisində 46 min ədəd tut tingi əkilməsi nəzərdə tutulub. Hazırda əkin işləri sürətlə davam etdirilir. Tinglərin 5 min ədədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən dövlət meşə fonduna aid torpaqlarında, 21 min ədədi kümçülərin özlərinə məxsus pay torpaqlarında, 20 min ədədi isə Dövlət Fondu torpaqlarında əkilir. Bugünədək 11 min 500 ədəd ting əkilib.