Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il” münasibəti ilə ümumrayon tədbiri keçirildi.

29 dekabr 2012 | 16:00

2012-ci il 28 dekabr tarixində Kürdəmir rayonun “Dan Ulduzu”şadlıq sarayında “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il” münasibəti ilə ümumrayon tədbiri keçirildi.
Tədibrdə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev,ağsaqqallar və ziyalılar,müəssisə və təşkilatların kollektivləri,rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında məlumat verdi. Ölkə Pezidenti Cənab İlham Əliyevin aparmış olduğu uğurlu daxili və xarici siyasətindən danışaraq,həyata keçirilən sürətli sosial-iqtisadi inkişaf ölkəmizi Qafqazın lider dövlətinə çevirmişdir.
Rayon rəhbəri bildirdiki , 2012-ci il kürdəmirlilər üçün uğurlu olub. Belə ki, rayonda geniş quruculuq və abadlıq işləri aparılır, müxtəlif sahələr üzrə bir çox nailiyyətlər qazanılıb. Eyni uğurların gələn il təkrarlanması üçün məqsədyönlü addımlar atılıb.
Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev qarşıdan gələn “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il” münasibəti ilə Ölkə rəhbərini və kürdəmirliləri təbrik etdi.
2012-ci ildə rayonun ictimai-siyasi,idman,mədəniyyət,təhsil,səhiyyə və digər sahələrində bir qrup fərqlənən şəxslərə rayon İcra Hakimiyyətinin Başçısının sərəncamı ilə fəxri fərman və pul mükafatları ilə təltif edildilər.
Tədbirdə rayonun incəsənət ustalarının çıxışları oldu, bir-birindən rənagarəng nəğmələr səsləndirildi. Yeni ilin simvolu Şaxta baba və Qar qız balacalara yeni il hədiyyəsi payladı. Təşkil olunan bayram konserti iştirakçılarda xoş ovqat yaratdı.
 

Keçidlər