Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

21 noyabr 2016 | 16:00

Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü  ildönümü münasibətilə noyabrın 21-də YAP  Kürdəmir rayon təşkilatı tədbir  keçirmişdir.
Tədbir iştirakçıları əvvəlcə rayon təşkilatının qərargahında Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.Qərargahın akt zalında keçirilən tədbirdə  YAP rayon təşkilatının idarə heyəti və şura üzvləri, ərazi ilk partiya təşkilat sədrləri, partiya veteranları, partiya fəalları, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
     Tədbirdə   Yeni Azərbaycan Partiyası  Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli giriş sözü ilə çıxış etmişdir. O, YAP-ın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından və partiyamızın cəmiyyətdə aparıcı rolundan danışmış, YAP-ın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qazanılmış uğurlardan, ötən 24 il ərzində Yeni Azərbaycan Partiyasının cəmiyyət içərisində artan nüfuzundan, avanqard dəstəyə çevrilməsi faktorundan bəhs etmişdir.
      Ağali Kərimli bildirir ki, YAP-ın mübariz dəstələrindən biri olan YAP Kürdəmir rayon təşkilatı  partiyanın məqsəd və maraqlarını əldə rəhbər  tutaraq  partiyanın daha da çiçəklənməsi naminə məqsədyönlü işlər görmüşdür. Hazırda YAP Kürdəmir rayon təşkilatının 8780  nəfər partiya üzvlərindən  3203 nəfəri qadınlar, 3902  nəfərini  gənclər təşkil edir.Partiyaya qəbul olunanların keyfiyyət  tərkibinə diqqət artırılmış,son dövrlərdə qəbul olunan yeni üzvlər arasında gənclər və qadınlar çoxluq təşkil edir.
       Tədbirdə  Kürdəmir  rayon  İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli, rayon təşkilatının idarə heyətinin  üzvləri Elmira Şixəliyeva, İlham Həmidov, Rayon Ziyalılar Cəmiyyətinin sədri  Sabir  Novruzov, rayon təşkilatının veteran üzvləri Məmməd Abuşov, Mehrab Abdurahmanov,Qasım Hüseynov, Həsən Hidayətov, Vahid Əliyev, rayon təşkilatının Qadınlar Şurasının sədri Sevda Hacıyeva, rayon təşkilatının Gənclər Birliyinin sədri Daşqın Rüstəmov  çıxış etmişlər.
        Natiqlər çıxışlarında bildirmişlər ki,  müstəqillimizin ilk vaxtlarında ölkədə yaranan ictimai-siyasi durumda Azərbaycanın müstəqilliyini qorumaq, dövlət yaratmaq üçün siyasi partiya lazım idi. Ulu Öndər Heydər Əliyev SSRİ dağılanda  situasiyanı, Azərbaycanın düşdüyü vəziyyətdən çıxmağın yolunu  çox gözəl bilirdi və qiymətləndirirdi. Belə taleyüklü, mövcudluğumuz sual altında olduğu  bir vaxtda siyasi partiyanın yaranması və formalaşması üçün  məhz Heydər Əliyev  böyüklüyü və dahiliyi lazım idi. Ulu Öndərin rəbərliyi ilə yaranan Yeni Azərbaycan Partiyası qısa müddətdə cəmiyyətdə öz layiqli yerini tutdu, cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi.YAP yaranmaqla Azərbaycan çətinliklərdən keçdi, inkişaf və tərəqqiyə qovuşdu.Bu gün Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, YAP-ın sədri, ölkə Prezidenti  cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni-yeni uğurlara imza atır.

 

Keçidlər