Kürdəmirdə 566 məcburi köçkün ailəsinə yardım edilib
17 noyabr 2016 | 16:00
Kürdəmir rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri ilə noyabrın 17-də Dövlət bayrağı, Konstitusiya və Milli Dirçəliş günləri münasibətilə Rayon İcra Hakimiyyətinin və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin birgə təşkilatçılığı ilə görüş keçirilib.
Kürdəmir Peşə Liseyində keçirilən görüşdə Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəisinin birinci müavini Oqtay Məmmədov, Kürdəmir rayon Polis şöbəsinin rəisi İsmayıl Əsədov məcburi köçkün ailələrini əlamətdar gün münasibətilə təbrik ediblər.
Görüşdə 566 məcburi köçkün ailəsinə yardım paylanıb.