Kürdəmir veteranlarının yığıncağı keçirilib
Noyabrın 7-də rayonun Gənclər evində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Kürdəmir Rayon Şöbəsinin yığıncağı keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin hərbi vətənpərvərlik şöbəsinin müdiri, polkovnik Adil Haqverdiyev, rayon veteranları , ağsaqqallar və ziyalılar iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini, II Dünya Müharibəsində, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın və vəfat etmiş Əmək veteranlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli ölkəmizdə dövlətimiz tərəfindən veteranlara göstərilən diqqət və qayğılardan danışdı.
Tədbirdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin hərbi vətənpərvərlik şöbəsinin müdiri polkovnik Adil Haqverdiyev çıxış etdi.
Hesabat yığıncaqında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Kürdəmir Rayon şöbəsinin sədri, müavini və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının IV plenumuna nümayəndə seçildi.