Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Dini radikalizm ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib

03 noyabr 2016 | 16:00

Noyabrın 3-də Kürdəmir Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi, Rayon Polis İdarəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin Kürdəmir Rayon İdarəsinin birgə təşkilatçılığı ilə M.Əzimov adına Atakişili kənd tam orta məktəbinin akt zalında “Dini radikalizm ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Rayon Polis İdarəsinin əməkdaşı Nizami Abasov, DTX-nın Kürdəmir Rayon İdarəsinin əməkdaşı Seymur Müslümov, məktəb müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov mövzu ilə bağlı çıxış edib. O, dini ekstremizmin manevr etmək üçün mühit buraxmadığını, bu səbəbdən də bir çox halda növbəti addımın terrorizmlə nəticələndiyini və dünyada ekstremizmin səviyyəsinin artdığını qeyd edib.
Tədbirdə “Dini radikalizmin təzahür formaları” mövzusunda çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev əsas vəzifəsi həm fərdə, həm də cəmiyyətə mənəvi rahatlıq bəxş etmək olan dinlərin bəzən insanları ölürmək və mallarını qəsb etmək üçün bir alət kimi istifadə edildiklərinin şahidi olduğumuzu vurğulayıb.
Daha sonra çıxış edən DTX-nın Kürdəmir Rayon İdarəsinin əməkdaşı Seymur Müslümov, Kürdəmir Polis İdarəsinin əməkdaşı Nizami Abbasov  radikalizmin cəmiyyətə və milli-mənəvi dəyərlərimizə vurabiləcəyi zərərlərdən, dini ekstremizmə və terrorçuluğa qarşı mübarizə metodları, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilməkdə olan tədbirlərdən danışıblar.
İştirakçıları maraqlandıran sualların cavablandırılması ilə tədbir öz işini yekunlaşdırıb.

Keçidlər