Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə İdman ili elan edilən 2012-ci ilin yekunu ilə əlaqədar il ərzində fərqlənən idmançılarla Kürdəmir rayonunda görüş keçirildi.
Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələləri üzrə şöbənin baş məsləhətçisi A.Kərimli, rayonun idman müəllimləri və idmançıları iştirak etmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə İdman ili elan edilən 2012-ci ilin yekunu ilə əlaqıədar olaraq rayonun idman içtimaiyyəti ilə tədbir təşkil olunmuşdur.
Yığıncağı giriş sözü ilə açan tədbirin aparıcısı Zaur Həsənov bildirdi ki, 2012-çi il rayonumuz üçün idman sahəsində uğurlu olmuşdur.Rayon idmançıları bir çox respublika səviyyəli yarışlarda uğurlu nəticələrər əldə etmişlər.Bunlar da , rayonumuzda idmançılarımız üçün yaradılan şəraitin bariz nümünəsidir.
Rayon idmançılarından Ə.Əliabbasov, T.Kərimov, İ.Abdullayev və R.Əliyev idmana göstərilən yuksək diqqət və qayğıya görə Respublika Prezidentinə və rayon rəhbərliyinə öz minnatdarlıqlarını bildirmiş və bundan sonra da rayonun idman şərəfini laiqinçə təmsil edəcəklərini bildirdilər.
Tədbirin sonunda Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələləri üzrə şöbənin baş məsləhətçisi A.X.Kərimli tədbir iştirakçılarına rayon rəhbərliyinin təbriklərini çatdırdı.O, öz çıxışında qeyd etdi ki, Resbuplika Prezidenti Cənab İlham Əliyevin gənclərin məşğul olduğu pesə sahələrinə, xüsüsi ilə idmana göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün ölkə idmançılarımız Beynəlxalq yarışlarda yuksək nətiçələr əldə edib Dövlət bayrağını yuxarılara qaldıraraq dünyanın müxtəlif ölkələrində Azərbaycanımızı layiqincə təmsil edirlər.
Tədbirin yekununda il ərzində idmanın müxtəlif növlərində fərqlənən məşqçi və idmançılara Fəxri fərman və hədiyyələr təqdim olundu.