Kürdəmirdə narkomaniya qarşı mübarizə sahəsində maarifləndirmə tədbiri keçirilib
Noyabrın 1-də rayonun Gənclər evində Kürdəmir Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun təşkilatçılığı ilə narkomaniya qarşı mübarizə sahəsində maarifləndirmə və təlimçilər hazırlanması ilə bağlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbər müavini Vasif Quliyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb regional şöbəsinin əməkdaşı Şahin Hüseynov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional Mərkəzlərlə iş şöbəsinin məsləhətçisi Səməd Sadıxov, rayon İcra Hakimiyyətində fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzvləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları,rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri,məktəb pisxoloqları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının üzvi Şahin Əhmədov narkomaniya, onun törətdiyi fəsadlar, Dövlət Proqramına uyğun olaraq rayonda komissiya tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məruzə etdi. Şahin Əhmədov bildirib ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın rayonda icrası ilə əlaqədar olaraq Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə tədbirlər planı işlənib hazırlanmış və tədbirlər həyata keçirilməkdədir. Şahin Əhmədov qeyd edib ki, narkomaniyaya qarşı cəmiyyətin bütün üzvləri mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirləri mütəmadi xarakter almalı,həmin tədbirlərə müharibə və əmək veteranları,rayon ağsaqqalları və ziyalıları cəlb edilməlidir.
Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbər müavini Vasif Quliyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb regional şöbəsinin əməkdaşı Şahin Hüseynov, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional Mərkəzlərlə iş şöbəsinin məsləhətçisi Səməd Sadıxov və başqaları çıxış edərək bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniya, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükədən, genofondumuza vura biləcəyi zərərdən və onunla mübarizə yolundan danışıblar.
Sonda tədbir iştirakçılarının sual və təklifləri dinlənilmişdir.