Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda “Nə? Harada? Nə zaman?” İntellektual bilik yarışı keçirildi

29 oktyabr 2016 | 16:00

Oktyabrın 29-da rayonun Gənclər evində Kürdəmir rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Öyrənib öyrətməliyik" layihəsi çərçivəsində məktəblilər arasında "Nə? Harada? Nə zaman?" İntellektual bilik yarışması keçirilib.
Olduqca gərgin və maraqlı keçən bilik yarışında 10 məktəb komandasından 50 nəfərin iştirak etdiyi oyunda I yerə Yenikənd kənd tam orta məktəbin komandası,  II yerə şəhər 2 saylı tam orta məktəbin komandası, III yerə şəhər 6 saylı və şəhər 3 saylı tam orta məktəblərin komandaları layiq görülüblər. 
Rayon birinciliyində qalib gəlmiş komanda üzvləri Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən diplomlarla təltif olunublar.

Keçidlər