Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” mövzusunda tədbir keçirilib

28 oktyabr 2016 | 16:00

Oktyabrın 28 – də Kürdəmir rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Kürdəmir rayon Polis İdarəsinin və DTX-nin Kürdəmir rayon İdarəsinin birgə təşkilatçılığı ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının akt zalında  “Milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, rayon Polis İdarəsinin əməkdaşı Urman Ağayev, DTX-nin Kürdəmir rayon idarəsinin əməkdaşı Seymur Müslümov, rayonun səhiyyə işçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov mövzu ilə bağlı çıxış edib. O, dini radikalizm və onun fəsadları, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və radikalizm ilə mübarizədə cəmiyyətin dəstəyinin vacib rol oynadığını qeyd edib.
Tədbirdə “Dini radikalizmin yaranma səbəbləri və onun fəsadları” mövzusunda çıxış edən DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, radikal qrupların tarix boyu müsəlmanlara zərbə vurduqlarını, İslam dünyasının geriləməsinə səbəb olduqlarını, İslamın təkcə başqa dinlərin mənsublarına qarşı raddikal mövqeyə deyil, həyatın hər sahəsində raddikallığa qarşı çıxdığını vurğulayıb.

Keçidlər