Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

26 oktyabr 2016 | 16:00

Oktyabrın 26-da  Kürdəmir rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə  Dövlət müstəqilliyinin bərpasının  25-ci ildönümünə həsr olunmuş “Müstəqilliyimiz Əbədidir” mövzusunda rayon məktəblərinin  yuxarı  sinif  şagirdləri  arasında  keçirilən  inşa  yazı müsabiqəsinin  qaliblərinə  mükafatalar təqdim olunub.
Müsabiqədə  münsiflər heyətinin  rəyinə əsasən Möhübbət Əzimov adına Atakişili kənd tam orta məktəbinin şagirdi Elnarə Həsənova I yerə,  Tahir İslamov  adına Dəyirmanlı  kənd tam orta məktəbinin  şagirdi  Nərgiz Məmmədova II yerə , Rüstəm  Quliyev adına şəhər 5 saylı tam orta məktəbinin şagirdi  Nəzirova Fatimə və Şakir Seyidov adına Xırdapay kənd tam orta məktəbin şagirdi Ayşad Qarayeva  III yerə layiq görülüblər .
Qaliblərə qiymətli hədiyyələr və diplomlar verilib.

Keçidlər