Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Həyatla oyun” tamaşası təqdim olundu

24 oktyabr 2016 | 16:00

 Oktyabrın 24-də rayonun Mədəniyyət evində Gənclər və İdman Nazirliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü və dəstəyi ilə Bakı Uşaq Teatrı tərəfindən "Həyatla oyun" tamaşası nümayış olunub.
    Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli , Bakı Uşaq Teatrının bədii rəhbəri İntiqam Soltan ,  rayon  gəncləri və ictimaiyyət nümayəndələri, rayon ərazisində yerləşən “N” saylı hərbi hissənin  hərbiçiləri iştirak edirdilər.
Tamaşanın əsas məqsədi bütün insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniya, QİÇS-ə qarşı mübarizəyə çağırmaq və yeni metodlar vasitəsilə onları məlumatlandırmaqdır. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa gənclərdə narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır. Tamaşanın nümayişi gənclərin sağlam həyat tərzi seçmələri üçün çox təsirli təbliğat vasitəsidir.

Keçidlər