Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Dini radikalizm – dini ekstremizm və onun fəsadları” mövzusunda tədbir keçirilib

19 oktyabr 2016 | 16:00

Oktyabrın 19 - da Kürdəmir rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Kürdəmir rayon Polis İdarəsinin və DTX-nin Kürdəmir rayon İdarəsinin birgə təşkilatçılığı ilə Təhsil şöbəsinin akt zalında  “Dini radikalizm – dini ekstremizm və onunfəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Kürdəmir rayon icra hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, rayon Polis İdarəsinin əməkdaşı Nizami Abbasov, DTX-nin Kürdəmir rayon idarəsinin əməkdaşı Kamran Dadaşov, rayonun təhsil və mədəniyyət işçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon icra hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov bu gün narahat edici məsələlərdən birinin də dini ekstremizm olduğunu, ekstremizm, terrorizm, narkomaniya və başqa bu kimi cəmiyyət xəstəlikləri ilə mübarizədə cəmiyyətin dəstəyinin vacib rol oynadığını qeyd edib.
Tədbirdə “Müasir dövrdə İslam dünyasında dini radikallığın yaranma səbəbləri və onun fəsadları” mövzusunda çıxış edən DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, milli-mənəvi və əxlaqi dəyərlərdən uzaq, sistemləşdirilmiş ideoloji dünyagörüşünə malik olmayan gənclərin sabah nə dövlət, nə cəmiyyət, nə də özləri üçün heç bir fayda gətirə bilməyəcklərini, yeniyetmələrin taleyinə cəmiyyətin ümumilikdə məsul olduğunu vurğulayıb.
Tədbirdə Dövlət Təhlükəsizlik Xidmətinin Kürdəmir rayon şöbəsinin əməkdaşı Kamran Dadaşov “Terrorçuluq və dini ekstremizmə qarşı mübarizənin təşkili” mövzusunda, rayon Polis İdarəsinin əməkdaşı Nizami Abbasov “radikalizm və ekstremizmin milli-mənəvi dəyərlərimizə vurduğu ziyan” mövzusunda çıxışlar ediblər.
İştirakçıları maraqlandıran sualların cavablandırılması ilə tədbir öz işini yekunlaşdırmışdır.

Keçidlər