Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda Qarabucaq kənd ümumi orta məktəb binasının açılışı olmuşdur.

28 dekabr 2012 | 16:00

2012-ci il 27 dekabr tarixində Kürdəmir rayonunun Qarabucaq kəndində 80 şagird yerlik Qarabucaq kənd ümumi orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Açılış mərasimində Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev, kənd ictimaiyyətinin nümayəndələri, valideynlər, şagirdlər və pedaqoji kollektivin nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Sərvər Həsənov açaraq rayon rəhbərliyini, qonaqları salamladı və kənddə uzun illərdənbəri yeni məktəb binasının tikintisinə zəruri ehtiyac olduğunu bildirdi.Belə bir müasir məktəb binasının inşa edildiyinə görə rayon rəhbərliyinə və Ölkə Prezidenti Cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirərək,təhsilə göstərilən diqqət və qayğıya cavab olaraq məktəbin pedaqoji kollektivi öz nümunəvi işləri ilə yetişməkdə olan gənc nəsilin vətənpərvərlik ruhunda böyüməsinə,təlim-tərbiyyə işinin daha da yüksəldilməsinə çalışacaqlarını bildirdi.
Valideynlər adından İlham Allahverdiyev , məktəbin müəllimi Feyzulla Kərimov, şagirdlər adından Vəfa Abbasova çıxış edərək Ölkə rəhbəri Cənab İlham Əliyevə öz dərin minnətdarlığlarını bildirdilər.
Yekunda rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev çıxış edərək rayonumuznda Dövlət Proqramları, eləcə də Heydər Əliyev Fondu hesabına yeni məktəb binalarının tikildiyini, əsaslı təmir olunduğunu,məktəblərin istilik sisteminin yenidən qurulduğunu, müasir avadanlıqlarla, müvafiq tədris laboratoriyaları ilə təchiz edildiyini bildirdi.
Rayon rəhbəri hal-hazırda rayonun Sığırlı kənd tam orta məktəbində 640 şagird yerlik, Z.Əhmədov adına Şilyan kənd tam orta məktəbində 360 şagird yerlik, Cəyli kənd tam orta məktəbində 280 şagird yerlik, Köhünlü kənd tam orta məktəbində 220 şagird yerlik, Qaramahmudlu kənd ümumi orta, Xəlsə kənd ibtidai məktəblərin ərazisində 80 şagird yerlik yeni məktəb binalarının inşa olunduğunu bildirərək,təhsilə göstərdikləri xüsusi diqqət və qayğıya görə Ölkə Prezidenti Cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya rayon ictimaiyyəti adından öz dərin minnətdarlığını və təşəkkürünü bildirdi.
 

Keçidlər