Kürdəmir Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə “Kurdəmir kuboku” keçirilib
Oktyabrın 9-da Kürdəmir Olimpiya İdman Kompleksində 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə bədii gimnastika üzrə “Kurdəmir kuboku” keçirilib. Yarışda respublikamızın 14 klubundan 2001-2011- cil il təvəllüdlü 100-dək idmançı iştirak edib.
Tədbirin açılışında çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışdı. O qeyd etdi ki, ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, bildirdi ki, bu diqqət və qayğının nəticəsi olaraq idmançılarımız ən mötəbər yarışlarda yüksək nailiyyətlər əldə edirlər. Bədii gimnastikanın ölkəmizdə sevilən və populyar idman növlərindən olduğunu deyən Vəsilə Əsgərli qeyd etdi ki, yarışın təşkilində əsas məqsəd perspektivli idmançıların üzə çıxarılması, bu sahədə kütləviliyə nail olunmasıdır. O öz çıxışında vurğuladı ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyətində idmanın, xüsusən də onun bir sahəsi olan gimnastikanın respublikamızda inkişafına dəstək də xüsusi yer tutur. Bu sahəyə göstərilən diqqət sayəsində Azərbaycanda bədii gimnastika sürətlə inkişaf edir, bu sahədəki təmsilçilərimiz beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanırlar.
Tədbirdə Rayon Gənclər və İdman idarəsinin rəis müavini Qalib Baxşıyev və Kürdəmir Olimpiya İdman Kompleksinin direktoru Namiq Tarverdiyev çıxış edərək yarış iştirakçılarına uğurlar arzuladılar.
Bədii gimnastika üzrə “Kurdəmir kuboku”nun yekununa əsasən fərqlənmiş cəmiyyətlər arasında bölgələr üzrə Qusar idmançıları birinci pillədə qərarlaşdılar. Kürdəmir və Gəncə komandaları müvafiq olaraq ikinci və üçüncu pillədə yer aldı. Qrup hərəkətləri üzrə yarışlarda birinci yerə “Şağan”, ikinci yerə “Zirə”, uçuncü yerə “Kürdəmir” komandası layiq görüldü.