Şriftin ölçüsü :

Saytın rəngi :

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü Kürdəmirdə qeyd olundu

05 oktyabr 2016 | 16:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da təntənəli şəkildə qeyd olundu. Bu münasibətlə əzəmətli “Kürdəmir” sarayında bayram şənliyi keçirildi.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət  etmiş, abidənin önünə tər gül-çiçək dəstələri düzmüş, ona hörmət və ehtiramlarını ifadə etmişlər.
Tədbiri giriş sözü ilə rayon Təhsil Şöbəsinin müdir əvəzi Mətləb Allahverdiyev açmışdır.
Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov çıxış edərək əlamətdar gün münasibəti ilə rayon müəllimlərini təbrik etmiş, onlara daha böyük uğurlar arzulamışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə son illərdə rayonumuzda müasir standartlara cavab verən 37 yeni məktəb binaları və əlavə sinif otaqları tikilib istifadəyə verilmişdir ki, bu da həmin məktəblərdə 10 minə yaxın şagirdin bir növbədə təhsil almasına şərait yaratmışdır.
       
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 04 oktyabr 2016-cı il tarixli Sərəncamı ilə şəhər 1 saylı tam orta məktəbin direktoru Nəsirov Vüqar Hüseynağa oğlu  “Tərəqqi”  medalı ilə təltif edilməsini cənab prezidentin bütün sahələrə olduğu kimi təhsil sferasına da göstərilən diqqət və qayğısının bir nümunəsi olduğunu vurğulamışdır.

Tədbirdə çıxış edənlər dövlət başçısı tərəfindən təhsil sahəsinə, diqqət və qayğıdan, əldə olunan nailiyyətlərdən, qarşıda duran vəzifələrdən danışdılar.

Sonda təhsil sahəsində uzun müddət çalışmış, səmərəli pedaqoji fəaliyyətinə görə fərqlənmiş müəllimlərə rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edildi.


 

Keçidlər