Kürdəmirdə prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
Oktyabrın 1-də Kürdəmir rayonunda Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
Tədbirdən əvvəl Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Tacəddin Novruzov və rayonun hüquq-mühafizə, idarə, müəssisə, təşkilat rəhbərləri, prokurorluq işçiləri Heydər Əliyev parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət edib önünə təzə-tər gül dəstələri düzüblər. Sonra onlar Heydər Əliyev Mərkəzində olmaqla dahi rəhbərə həsr olunan guşələrə, foto-stendlərə maraqla tamaşa ediblər. Tədbir rayon prokurorluqun inzibati binasında davam etdirilib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısının birinici müavini Tacəddin Novruzov prokurorluq orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik etmiş, onlara işlərində və xidməti fəaliyyətlərində uğurlar arzulamışdır.
Daha sonra tədbirdə iştirak edən qonaqlar çıxış edərək, prokurorluq orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik etmişlər.
Tədbirin sonunda xidmətdə fərqlənmiş bir qrup prokurorluq əməkdaşları Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Fəxri Fərmanla təltif ediliblər.