Kürdəmirdə “1 Oktyabr-Beynəlxalq Ahıllar Günü” münasibətilə tədbir keçirilib
Sentyabrın 30-da Kürdəmir şəhər 3 saylı körpələr evi – uşaq bağçasında “1 Oktyabr-Beynəlxalq Ahıllar Günü” münasibətilə nənə-babaların iştirakı ilə tədbir keçirilib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli, rayonun bütün bağçalarının kollektivləri və valideynlər iştrak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə uşaqların əl işlərindən ibarət sərgiyə tamaşa ediblər.
Tədbiri giriş sözü ilə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli açaraq tədbirdə iştirak edən ahıl nənə-babaları təbrik etdi. O öz çıxışında qeyd etdi ki, BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Azərbaycanda ahıl insanlara dövlət qayğısı da ildən-ilə artır. Beynəlxalq Ahıllar günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 22 iyun 2001-ci il tarixdə “Ahıllara sosial xidmət haqqında” Qanun imzalayıb. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.
Tədbirdə şəhər 3 saylı körpələr evi – uşaq bağçasının uşaqlarının ifasında nənə-babalara həsr edilən mahnılar , şeirlər , müxtəlif ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. Təşkil olunan səhnələr iştirakçılarda xoş ovqat yaratdı.
Sonda ahıllar adından Dursun Nəbiyeva çıxış edərək bugünkü tədbirn təşkilatçılarına və körpə fidanlara öz təşəkkürünü bildirdi.