Şriftin ölçüsü :

Saytın rəngi :

“Mərkəzi Rayon Xəstəxanası” əsaslı təmirdən sonra istifadəyə verilmişdir.

27 dekabr 2012 | 16:00

2012-ci il 26 dekabr tarixində Kürdəmir rayonunda 182 carpayılıq Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olmuşdur.
Açılışda Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev, Kürdəmir rayonunun İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev, səhiyyə işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Xəstəxananın təmirinə 2010-cu ilin iyun ayında başlanmışdır. Xəstəxana 3 korpusdan və 14 şöbədən ibarətdir. Bütün şöbələr müasir tələblərə cavab verən avadanlıqlarla təhciz olunmuşdur. Xəstəxanada böyrək xəstəliyindən əziyyət cəkən xəstələr üçün 5 çarpayılıq Hemodialez şöbəsi yaradılmışdır. Xəstəxanada cəmi 472 nəfər işçi çalışır, onlardan 44 həkim 182 orta tibb işçisi 170 kiçik tibb işçisi 76 nəfər isə digər işçi çalışır.
Doğum şöbəsində 3 çarpayılıq intensiv terapiya palatası yaradılmış, yenidoğulmuşlar üçün qızdırıcı, 2 ədəd küveyiz, fototerapiya süni tənəffüs aparatı. doguş otağında 2 ədəd vakum aspiratoru, 2 ədəd kardiomanitor, 1 dənə süni tənəffüs aparatı, dopler aparatı, baxış otağında 3 ədəd doğuş kreslosu, 2 ədəd infuziya aparatı verilmişdir.
Reanimasiya şöbəsində 12 çarpayılıq intensiv terapiya palatası var hər çarpayının yanında kardiomanitor, 2 ədəd süni tənəffüs, infuziya apatatı ilə təchiz edilmişdir.
Cərrahiyyə şöbədəsi müasir avadanlıqla təchiz edilmiş, eyni vaxta 2 əməliyyat aparmaq üçün cərrahi blok yaradılmış, 5 çarpayılıq intensiv terapiya palatasında kardiomanitor 2 ədəd süni tənəffüs aparatı, 2 ədəd cərrahi stol, infuziya aparatı kişik əməliyyat otağı cərrahi dəstlə təmin edilmiş. Ginekoloji şöbədə kiçik əməliyyat otaqı yaradılmışdır.
Xəstəxanada diş kabineti stomatoloji kreslo, göz həkimi ücün müasir Oftolmoskop aparatı Kardioloji kabinet ücün 3 kanallı EKQ aparatı eyni zamanda EEQ aparatı, yeni ulturasəs müayinə aparatı,Burun boğaz həkimi üçün avadanlıqlar,bütün avadanlıqları ilı birlikdə kliniki və biokimyəvi labaratoriya, Fizoterapiya şöbəsi bütün avadanlıqları ilə, Retgen kabineti üçün 2 skapiya və qrafiya etmək üçün retgen aparatı verilmişdir. İnfeksion şöbə müasir avadanlıqlarla təmin edilmişdir.3 ədəd kompüter,bütün şöbələr bərk və yumşaq inventarla təmin olunmüşdur.Patoloji Anatomiya Birliyin üçün 2 soyuducu, xəstəxana su,qazanxana mətbəxlə təmin olunmuşdur.
 

Keçidlər