Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Qurban bayramı münasibəti ilə tədbir keçirilib

12 sentyabr 2016 | 16:00

Kürdəmir rayonunda Qurban bayramı münasibəti  ilə tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov kürdəmirliləri müqəddəs qurban bayramı münasibətilə təbrik etdi, onlara can sağlığı, uzun ömür, firavan həyat, bol ruzi arzuladı.
Kürdəmir “İmam Rza” məscidinin axundu Füzuli Cəfərov xeyir-dua verdi, dini adətimizə uyğun olaraq qurban mərasimi başladı.
Tədbirdə şəhid ailələrinə, əlillərə, ağsaqqallara,  Böyük Vətən Müharibəsi Veteranlarına, Çernobıl əlillərinə, tənha, yatax xəstəsi və kimsəsizlərə, maddi imkanları zəif ailələrə və məcburi köçkünlərə, ümumilikdə 2,0 tona yaxın qurban əti paylanılıb.  

Keçidlər