Kürdəmirdə əmək yarmarkası təşkil olunub
Avqustun 29-da rayonun “Gənclər evi”ndə Kürdəmir Rayon İcra Hakimiyyəti və ƏƏSMN-nin yanında Dövlət Məşğulluq Xidmətinin Kürdəmir rayon Məşğulluq Mərkəzi tərəfindən “Əmək yarmarkası” təşkil olunub.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini-Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ağali Kərimli, Dövlət Məşğulluq Xidmətinin əməkdaşı Fuad Mehdizadə, Kürdəmir rayon Məşğulluq Mərkəzinin direktoru İlham Həmidov, rayonun idarə, müəssisə, təşkilatların , qeyri dövlət müəssisələrinin nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Yarmarkanın təşkil olunmasında əsas məqsəd ixtisası üzrə iş tapa bilməyənlərə yardım etmək, boş qalan iş yerləri haqqında məlumat vermək və işəgötürənlərlə işaxtaranlar arasında birbaşa əlaqə yaratmaqdan ibarət olub.
Əmək Yarmarkasında rayonun 36 dövlət və qeyri dövlət təşkilatları boş (vakant ) iş yerləri təqdim etməklə iştirak edirdilər. Onlardan 20 dövlət, 2 qeyri dövlət və 14 fiziki şəxslərdir. Təqdim olunmuş boş iş yerlərinin sayı 247 olmaqla 174 qulluqçu vəzifəsi,49 fəhlə peşələri və 24 xidmət sahəsinə aiddir. Dövlət müəssisələrindən-217, qeyri dövlət 8, fiziki şəxslərdə 22 iş yeri təqdim olunub. Bu müəssisələrdə minimum əmək haqqı 125 manat, maksimum əmək haqqqı 450 manat təşkil edir. Əmək Yarmarkasında 785 nəfərədən çox rayon əhalisi iştirak edib
Yarmarkada 74 nəfərə o, cümlədən 27 nəfərə qeyri dövlət müəssisələrinə işə göndəriş verilib, 2 nəfərə kvota yerlərinə,16 nəfər peşə hazırlığına, 18 nəfər içtimai işlərə cəlb olunub.