Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirin daha bir kəndinə təbii qaz verildi

10 avqust 2016 | 16:00

Avqustun 10-da  rayonun 1900 nəfər əhalisi olan Carlı kəndinin 221 abonentinə təbii qazın verilişi ilə əlaqədar açılış mərasimi keçirilib.Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Tacəddin Novruzov , “Azəriqaz” İstehsalat Birliyi Ağsu regional qaz istismar idarəsinin rəisi Eldar Səlimzadə, kənd ağsaqqalları və ziyalıları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Mərasimi giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti Başçısının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ağali Kərimli sakinləri təbrik edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Kürdəmirdə həyata keçirilən sosial-iqtisadi layihələrdən, əhalinin sosial qayğılarının həllinə göstərilən diqqətdən danışıb.
Mərasimdə kənd ağsaqqalları çıxış edərək  əhalinin sosial ehtiyaclarının həllinə göstərdiyi diqqət və qayğıya görə Ölkə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.“Azəriqaz” İstehsalat Birliyi Ağsu regional qaz istismar idarəsinin rəisi Eldar Səlimzadə dövlətimizin başçısının tapşırığına əsasən respublikamızda bütün yaşayış məntəqələrinin “mavi yanacaq”la təminatı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının bitrinci müavini Tacəddin Novruzov  kənd sakinlərini təbrik edərək bildirib ki, Azərbaycan tarixinin son yarım əsrlik dövrü dünya miqyaslı dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyevin adı və şəxsiyyəti, dövlətçilik təfəkkürü və yorulmaz fəaliyyəti ilə bağlıdır.Azərbaycanın siyasi, ictimai, iqtisadi, mədəni, sosial həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin qüdrəti, qayğısı hiss edilməsin. Ulu Öndərimiz böyük uzaqgörənliklə Azərbaycanın yaxın və uzaq gələcəyinə hesablanan neft, qaz və elektrik enerjisinin inkişafını ən vacib siyasi, iqtisadi və texniki məsələlərdən biri kimi qəbul edərək, bu problemlərin həllini daim diqqət mərkəzində saxlamış, ölkəmizin əsas sərvəti olan neft-qaz amilindən istifadə edərək müstəqilliyimizi dönməz, əbədi və sarsılmaz etmişdir. Heydər Əliyev siyasi kursu Azərbaycanda daimi bərqərar olmuşdur.Bu gün Ulu Öndərimizin siyasi-iqtisadi kursunun ən layiqli davamçısı, Ölkə Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yeni neft-qaz konsepsiyasının gerçəkləşməsi yolunda böyük işlər görməkdədir. Neft-qaz sektorunun dövlət idarəetməsində köklü iqtisadi islahatların aparılması daima Respublika rəhbərliyinin nəzarətində olmaqla uğurla davam etdirilir. Ölkə Prezidentinin bu yüksək diqqət və qayğısı daima rayonumuzda hiss olunur.
Sonda məşəl alovlandırılıb, kəndə təbii qaz verilib.

Keçidlər