Kürdəmir rayonunda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda Seminar-Treninq keçirildi.
Kürdəmir Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Kürdəmir rayonunda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda Seminar-Treninq keçirildi.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov açaraq tədbirdə iştirak edən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Sədrinin birinci müavini Səyyad Salahlıya verdi.
Səyyad Salahlı bildirmişdir ki, bu gün Respublikamızda insan hüquq və azadlıqlarının bərqərar olmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir. Ümummili Lider Heydər Əliyevin ardıcıl, məqsədyönlü fəaliyyəti sayəsində ölkəmizdə insan hüquqlarının qorunmasına dair qanunvericilik bazası beynəlxalq hüquq normalarına uyğunlaşdırılmışdır. Dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit olunmuş, dini etiqad azadlığı ilə bağlı hüquqi-normativ aktların icrasının təmin olunmasına nəzarət edilməsi, milli-mənəvi abidələrimizin bərpası və qorunması istiqamətində mühüm tədbirlər həyat keçirilmişdir. Birmənalı demək olar ki, Azərbaycanda qəbul edilən qanunlar və normativ hüquqi aktlar bütövlükdə əqidə azadlığını təmin edir, dövlətlə dini qurumlar arasındakı münasibətləri qanun çərçivəsində tənzimləmək üçün hüquqi əsas yaradır.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin uğurla davam etdirdiyi strateji kurs nəticəsində Azərbaycan dünyada ən tolerant ölkə, müxtəlif dinlərin birgə fəaliyyət göstərdiyi məkan kimi tanınır.
Azərbaycanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, 2016-cı ilin ölkədə “Multikulturalizm ili” elan edilməsi müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir.
Son illər ölkəmizdə bu mövzuda müxtəlif beynəlxalq tədbirlərin, 2016-cı ilin aprel ayında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi mədəniyyətlərarası dialoq və multikulturalizm dəyərlərinin təşviqi sahəsində respublikamızın fəaliyyətinə verilən ən yüksək qiymət olmuşdur.
Sonda Seminar treninq iştirakçılarının sual və təklifləri dinlənilmişdir.