Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda ümumtəhsil məktəblərində tikinti və yenidənqurma işləri davam etdirilir.

27 dekabr 2012 | 16:00

Kürdəmir rayonunda Dövlət Proqramları, eləcə də Heydər Əliyev fondu hesabına 26 yeni məktəb binası tikilmiş, 3 məktəbimiz əsaslı təmir olunmuş,17 məktəbin istilik sistemi yenidən qurulmuş, məktəblərimiz müasir avadanlıqlarla, müvafiq tədris laboratoriyaları ilə təchiz edilmişdir.
2012-2013-cü dərs ili ərəfəsində “Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq rayonun Sor-Sor və Xırdapay kənd tam orta məktəbləri yanında 220 şagird yerlik, Qarasaqqal kənd tam orta məktəbi yanında isə 180 şagird yerlik yeni məktəb binaları tikilərək “Bilik günü”ndə istifadəyə verilmişdir.
Hazırda rayonun Sığırlı kənd tam orta məktəbində 640 şagird yerlik, Z.Əhmədov adına Şilyan kənd tam orta məktəbində 360 şagird yerlik, Cəyli kənd tam orta məktəbində 280 şagird yerlik, Köhünlü kənd tam orta məktəbində 220 şagird yerlik, Qarabucaq və Qaramahmudlu kənd ümumi orta, Xəlsə kənd ibtidai məktəblərin ərazisində 80 şagird yerlik yeni məktəb binalarının tikintisi davam etdirilir.
Məktəb binalarının, sinif otaqlarının tikilməsi ,təhsil şəraitinin yaxşılaşdırılması, keyfiyətli təhsilin əldə olunması üçün məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi təhsil quruculuğunda mühüm amillərdən biri kimi qiymətləndirilir.
Görülən tədbirlərin nəticəsində təhsil müəssisələrimizin siması əsaslı sürətdə dəyişmiş, 8000-ə yaxın şagirdin bir növbədə təhsil alması, həmçinin tədris şəraitinin yaxşılaşdırılması təmin olunmuşdur.
 

Keçidlər