26 İyul Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 22-ci ildönümünə həsr olunmuş rayon birinciliyi kecirilib.
26 İyul Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 22-ci ildönümünə həsr olunmuş 2005-2007-ci il təvəllüdlü idmançılar arasında idmanın Yunan-Roma güləşi növü üzrə rayon birinciliyi kecirilib. Yarışın açılış mərasimində cıxış edən idarə rəisi Süleyman Əhmədov , məşqçilər Rafiq Əliyev və Taleh Kərimov Nazirliyin yaranma tarixindən, Ümummilli Lider Heydər Əliyevin Ölkəmizdə idmanın inkişafina dair gördiyi işlərdən və idmanın müxtəliv növlərinin inkişafı ilə əlaqədar hazirlanan dovlət proqramlarından söhbət açdilar və yarış iştirakçilarına uğurlar arzuladılar. Yarışın 12 çəki dərəcəsində 130 güləşçı iştirak etmişdi. Yarışda qalib qələn idmançılar Kürdəmir rayon Gənclər və İdman idarəsi tərəfindən mükafatlandırılmışdir.