Kürdəmirdə taxıl biçini başa çatıb
Kürdəmir rayonunun fermerləri və torpaq mülkiyyətçiləri taxıl biçinini başa çatdırıblar.
Bu il zəmilərdən 103 min 440 ton məhsul əldə edilib. Məhsulun 36 min 587 tonu buğda, 66 min 854 tonu arpadır. Buğda sahələrində hər hektarın məhsuldarlığı orta hesabla 27,6 sentner, arpa sahələrində isə 24,8 sentner olub.
Qeyd edək ki, bu mövsümdə rayonda 40 min 198 hektar taxıl becərilib. Bunun 13 min 256 hektarı buğda, 26 min 942 hektarı arpa əkinləridir.
Taxıl biçininə 140 kombayn cəlb edilib. Rayonun daha çox taxıl əkilən Karrar kənd, Sığırlı, Yenikənd, Muradxan və bir sıra digər ərazi vahidlərində biçin kampaniyası daha mütəşəkkil aparılıb və bu yerlərdə fermerlər, eləcə də torpaq mülkiyyətçiləri daha yüksək məhsuldarlığa nail olublar.