Kürdəmirdə pambıqçılıq inkişaf edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Kürdəmir rayonunda da kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Rayonda hətta uzun illər diqqətdən kənarda qalmış pambıqçılığa böyük maraq göstərilir. Yaradılmış şəraitdən istifadə edən fermerlər bu il rayonun 30 kəndində 1911 hektar sahədə pambıq əkinləri aparıblar. Pambıqçılıqda heçdə asan olmayan ilkin mərhələ şumun qaldırılması, torpaqın arata qoyulması, malalama və çiyid səpininin aqrotexniki tələblər səviyyəsində aparılması nəticəsində sahələrdə normal çıxış alınıb.Pambıqçılar becərmənin aparılmasında texniki təhcizat vasitələri ilə lazımınca təmin ediliblər. Ən mühüm aqrotexniki tədbirlərdən seyrəltmə, kətmənləmə işləri görülmüş, sahələrdə kultivasiya və gübrələmə, 2-ci və 3-cü kompleks becərmə işləri aparılır. Hazırda pambıq kolları kütləvi qönçələmə və çiçəkləmə mərhələsindədir.
Rayonda pambıq sahələrinin su təminatı tədbirləri görülmüş, bu işdə heç bir problem olmamışdır. Pambıq sahələrində becərmə işləri ilə 500 nəfərdən çox işçi məşğul olur.
Növbəti il üçün rayonda 4 min hekatardək sahədə pambıq əkilməsi nəzərdə tutulmuş, bu istiqamətdə hazırlıq işləri aparılır.