Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Fəaliyyət Proqramının icrası üzrə növbəti ictimai dinləmə Kürdəmirdə aparılıb

25 iyun 2016 | 16:00

İyunun 25-də rayonun Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin qarşıda duran vəzifələrlə bağlı insan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovanın iştirakı ilə ictimai dinləmə keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, hüquq-mühafizə orqanlarının, digər dövlət qurumlarının, bələdiyyələrin, yerli icmaların, QHT və KİV nümayəndələrinin, habelə çoxsaylı əhali qrupları, ağsaqqallar və ziyalılar, qadınlar və gənclər iştirak ediblər.
İştirakçılar əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər qoyublar.
Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov insan hüquqlarının müdafiəsi və təbliği sahəsində rayonda həyata keçirilən tədbirlər barədə məlumat verib, Milli Fəaliyyət Proqramı və onunla əlaqədar keçirilən ictimai dinləmələrin əhəmiyyətini vurğulayıb.
MFP-nin icrası, təbliği və tətbiqi vəziyyəti üzrə məruzə edən Ombudsman Elmira Süleymanova hüquqi islahatlar kontekstində ölkəmizdə gedən davamlı inkişaf prosesləri, iqtisadi və sosial sahələrin dəstəklənməsi vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.
Elmira Süleymanova iqtisadi və sosial sahələrlə yanaşı, ölkəmizdə həyata keçirilən hüquqi islahatlar haqqında geniş məlumat verib. O, 2011-ci ildə dövlət başçısının Sərəncamı ilə təsdiq olunmuş Milli Fəaliyyət Proqramının normativ-hüquqi bazanın, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, beynəlxalq təşkilatlarla əməkdaşlıq, habelə sənədin həyata keçirilməsinin əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Tədbirdə rayon Polis Şöbəsinin rəisi, polkovnik Oqtay Məmmədov, rayon prokuroru Əlixan Əliyev, rayon Məhkəməsinin sədri Sulduz Ləzimov təmsil etdikləri qurumların fəaliyyəti, rayonda MFP və insan hüquqları üzrə keçirilmiş tədbirlər və digər məsələlərdən danışıblar.
Müzakirələrdə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin daha da artırılması ilə bağlı fikir və təkliflər irəli sürülüb, tədbir iştirakçılarının sualları cavablandırılıb.

 

Keçidlər