Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda barama tədarükü başa çatıb

22 iyun 2016 | 16:00

Kürdəmir rayonunda bu mövsümdə 46 nəfər kümçü tərəfindən 80 qutu ipəkqurdu yetişdirilib. Qabaqcadan bağlanan müqaviləyə əsasən, kümçülər əldə etdikləri 3 ton 578 kiloqram keyfiyyətli məhsulu “Şəki İpək” ASC tərəfindən tədarük edilərək hər kiloqramı üçün baramaçılara 8 manat pul ödənilib.
Rayonun təcrübəli kümçüləri, o cümlədən  Qaramahmudlu kəndindən Əlisa Azayev, Şüşündən Canəli Kərimov, Carlıdan Əziz Həsənov, Şahsevəndən Cabbar Cəbrayılov daha çox və keyfiyyətli məhsul yetişdirməyə nail olublar. Gələn il kümçülər bu mövsümdəkindən bir neçə dəfə çox ipəkqurdu yetişdirmək əzmindədirlər.
Kürdəmir rayonunda ənənəvi sahə olan baramaçılığın inkişafı istiqamətində görüləcək təxirəsalınmaz tədbirlər nəticəsində payız aylarında 15 000-dən çox tut ağacı əkiləcək ki, bununlada gələn il rayonda barama istehsalını 7 tona qədər artırmaq mümkün olacaqdır.

Keçidlər