Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Azərbaycan gəncliyi narkomaniya əleyhinə” devizi altında aksiya kecirilib

08 iyun 2016 | 16:00

İyunun 8-də Kürdəmir rayon Gənclər və İdman İdarəsi rayonda narkomaniyaya qarşı mübarizədə təbliğat işinin artırılması məqsədilə rayonun ümumtəhsil məktəblərində “Azərbaycan gəncləri narkomaniya əleyhinə” devizi altında gənclər arasında maarifləndiriçi aksiya keçirib. 
Aksiyada iştirak edən Kürdəmir rayon Gənclər və İdman idarəsinin rəisi Süleyman Əhmədov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi barədə imzaladığı sərəncamı insanları sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addımdır.  Sərəncamda bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, hüquq- mühafizə orqanlarının, təhsil və səhiyyə sisteminin birgə mübarizə aparması, onun qismən də olsa yayılmasının və kütləvi hal almasının qarşısının qətiyyətlə alınması təxirəsalınmaz bir vəzifə kimi qarşıya qoyulub. Azərbaycan "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Beynəlxalq Vyana Konvensiyasına 1992-ci ildə qoşulsa da, narkotizmlə və narkobizneslə mübarizənin əsası ölkə tarixində ilk dəfə olaraq Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Dünyanın başı üstündə dolaşan bu dəhşətli ölüm kabusuna qarşımübarizəni ümumdövlət vəzifəsi hesab edən o müdrik şəxsiyyətin 1996-cı il avqustun 26-da "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında" imzaladığı fərmandan sonra bu problemin həlli üçün həyata keçirilən tədbirlər kompleksi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. 15 iyul 2000-ci il tarixli fərmanı ilə 2000-2006-cı illərədək narkomanlığın yayılmasına, narkotik vasitələrin,  psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə daha bir  Milli Proqram qəbul edilmiş, bu proqramın  tələblərindən irəli gələn məsələlərin həlli, həmçinin aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə xüsusi  Dövlət Komissiyası yaradılmışdır. Azərbaycan 2000-ci ildə Avropa Şurasının tamhüquqlu üzvləri sırasında öz layiqli yerini tutduqdan sonra Avropa və dünya birliyinə inteqrasiya zəminində bu sahədəki fəaliyyətini uğurla davam etdirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005 və 2007-ci illərdə verdiyi tarixi fərman və sərəncamlar da "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi istiqamətində atılmış uğurlu addımlar idi.Ölkə rəhbərinin narkomaniyaya qarşı mübarizəyə dair yeni sərəncamından sonra insanları, xüsusilə, gəncləri sağalmaz xəstəliklərə düçar edib, onların ömür çırağını vaxtsız söndürən narkotik vasitələrdən istifadənin qarşısını almaq məqsədilə Kürdəmir rayonunda da maarifləndirici aksiyalar həyata keçirilir, təhsil müəssisələrində vaxtaşırı "ağ ölüm" ünvanlı bu dəhşətli bəlanın törətdiyi fəsadlar haqqında söhbətlər aparılır, bu barədə xüsusi bukletlər hazırlayıb əhali arasında yayılır, "Narkomaniyaya yox deyək" başlığı altında inşa yazı müsabiqələri keçirilir.
Aksiya çərçivəsində məktədlilərə idarə tərəfindən hazırlanmış “Azərbaycan Gəncliyi narkomaniya əleyhinə” maarifləndirici bukletlər paylanılıb.

Keçidlər