Kürdəmirdə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının müzakirəsinə həsr olunmuş tədbir keçirilib
İyunun 2-də rayonun Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının müzakirəsi keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli, Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Aslan Cəfərov , Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları, kitabın redaksiya heyətinin üzvləri və Qobustan, Şamaxı, Ağsu, Göyçay, Ucar, Zərdab, Ağdaş rayon Mədəniyyət və Turizm şöbələrinin nümayəndələri,habelə rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli açaraq ölkəmizdə multikulturalizm ənənələrinin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan olunduğunu, bu məqsədlə respublikamızda, eləcə də rayonumuzda keçirilən silsilə tədbirlərdən danışaraq multikulturalizmin əsrlər boyu xalqımıza xas olan bir anlayış kimi müxtəlif dinlərin, millətlərin nümayəndələrinin Azərbaycanda bir ailə kimi yaşadığını vurğuladı.
Mədəniyyət və Turizm Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Aslan Cəfərov “Azərbaycanda multikulturalizm dövlət siyasətidir”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması”, kitabın müəlliflərindən biri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, fəlsəfə elmləri doktoru İbrahim Quliyev “Multikulturalizm ideologiyası ədəbi qaynaqlarımızda, multikultural dəyərlərinin ifadəsi” mövzularında çıxış ediblər.
Çıxışlarda “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının əhəmiyyətini şərh edən natiqlər, multikultural dəyərlərin tarixi dastanımız olan “Kitabi-Dədə Qorqud”dan bu günə kimi ədəbi mənbələrimizdə yaşadıldığını vurğulayıblar.
Sonda tədbir iştirakçıları “Azərbaycan multikulturalizmin ədəbi-bədii qaynaqları” kitabının müzakirəsini apardılar.