Kürdəmir rayonunda Ölkə Prezidenti İlham Əliyevin ad günü münasibəti ilə tədbir keçirildi.
2012-ci il 24 dekabr tarixində Kürdəmir rayonunun “Qələbə park”ında ölkə rəhbəri Cənab İlham Əliyevin ad günü münasibəti ilə İrəvan Azərbaycan Dövlət Dram Teatrı tərəfindən İftixar Pirverdiyevin müəllifi olduğu "İşıqlı nurlu sabah" tamaşası nümayiş etdirildi.
Tamaşada xalq artistləri Elmira İsmayılova , Tamella Abdullayeva, əməkdar artistlər Vidadi Əliyev, Vaqif Kərimov, Esmiralda Şahbazova və digər aktyorlar iştirak edirdilər.
Açıq havada təşkil edilmiş tamaşada rayon rəhbərliyi, ictimaiətin nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar və ziyalılar, orta məktəbin yuxarı sinif şagirdləri iştirak edirdilər.
Tamaşada əsas motiv Azərbaycanın Dövlətçilik tarixi xronologiyası, müasir Azərbaycan Respublikasının banisi Ümummilli Lider Heydər Əliyevin və Ölkə Prezidenti İlham Əliyevin Azərbaycanın tarixində əvəz olunmaz rolundan ibarət olmuşdur.
Sonda Kürdəmir rayonunun İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev çıxış edərək, tamaşanın Azərbaycan tarixi xronologiyasının, müasir Azərbaycan Respublikasının banisi Ümummilli Lider Heydər Əliyevin rolunun öyrənilməsində və yaddaşlara həkk edilməsində böyük rol oynadığını vurğulamışdır.
Kürdəmir rayonunun İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev tamaşanın qoyuluşunda əməyi keçən hər bir şəxsə, teatrın kollektivinə öz minnətdarlığını bildirdi, bütün kürdəmirlilər adından Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevi ad gününü münasibətilə təbrik etdi.