Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə təntənəli bayram şənliyi keçirilib

01 iyun 2016 | 16:00

Bu gün  “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə rayonun  Heydər Əliyev Parkında bayram şənliyi təşkil olunub.
     Tədbirdə Kürdəmir  Rayon İcra Hakimiyyətin Başçısının müavini Vəsilə Əsgərli, təhsil və mədəniyyət işçiləri , rayonun ümumtəhsil məktəblərinin şagirdləri və uşaq bağçalarının kollektivləri öz körpə fidanları ilə ıştirak edirdilər.
    Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli körpə fidanları öz ürək sözlərilə təbrik edərək söyləyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidir" tələbi ölkədə real tətbiqini tapır. Bu işdə Heydər Əliyev Fondunun və onun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslər, görülən işlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Heydər Əliyev Fondu uşaqların problemlərinə böyük diqqətlə yanaşır, onların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirir.
   Sonra tədbirdə bir qrup istedadlı uşaqlara fəxri fərmanlar və diplomlar təqdim olundu.
   Bağça uşaqları və  məktəblilərin tədbirdə nümayiş etdirilən əl işlərindən ibarət rəsm sərgisi də iştirakçılar tərəfindən maraqla qarşılanıb.
   Tədbir  uşaqların ifalarında təqdim olunan maraqlı mahnı və rəqslərlə başa çatıb.

Keçidlər