Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Qarabağ müharibəsi iştirakçıları ilə görüş keçirilib

19 may 2016 | 16:00

Mayın 19-da Kürdəmir rayon Mədəniyyət Mərkəzində Qarabağ müharibəsi iştirakçıları ilə rayon gənclərinin görüşü keçirilib.
Tədbirdə Kürdəmir rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Vaqif Alıyev , Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Kürdəmir rayon şöbəsinin sədri Fərəc Dadaşov , Qarabağ müharibəsi iştirakçıları və rayon gəncləri iştirak edirdilər.
Görüşdə  Kürdəmir rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Vaqif Alıyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Kürdəmir rayon şöbəsinin sədri Fərəc Dadaşov,  Qarabağ müharibəsi veteranları Kənan Zülfüqarov, Arif Kərimov, Qalib Səmədov, Vasif Dəmirov, Kitabulla Salahov, Abdul Abışov, Rəmzi Məmmədov, aprelin 2-də şəhid olmuş  baş leytenant Əbu Bəkir İsmayılovun atası Vüqar İsmayılov, Kürdəmir rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Altay İslamzadə çıxış edərək Möhtərəm Prezidentimiz İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi uğurlu siyasəti dəstəklədiklərini, hər an doğma torpaqlarımızın azadlığı uğrunda döyüşə hazır olduqlarını söylədilər .
Çıxışlarda Azərbaycan Ordusunun qüdrətindən, gənclərimizin Vətən sevgisindən, əsgərlərimizin döyüşlərdəki şücaətindən fəxarətlə bəhs edilib. Əminliklə bildirilib ki, Silahlı Qüvvələrimizin gücü, xalq və ordu birliyi sayəsində işğal altındakı bütün torpaqlarımız tezliklə azad olunacaq.

Keçidlər