Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda
Mayın 12-də rayonyn Heydər Əliyev Mərkəzində Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq təşkilatının Yerli Özünüİdarəetmə Proqramı tərəfindən qadınların yerli ictimai həyatda iştirakını gücləndirmək və Azərbaycanda yerli səviyyədə daha çox gender yönümlü idarəetməni təmin etmək məqsədi ilə təlim kecirib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli, Almaniya Əməkdaşlıq Təşkilatının Yerli Özünüİdarəetmə Proqramının nümayəndəsi Fidan Qasımova, layihənin təlimçisi Rühəngiz Hüseynova, rayonda bələdiyyə üzvü olan qadınların və fəal ictimaiyyətçi qadınıarı iştirak etdilər.
Proqram çərçivəsində bələdiyyə üzvü olan qadınların bələdiyyə idarəetməsində rolunun və iştirakının artırılması istiqamətində peşəkar layihələrin işlənib hazırlanmasını nəzərdə tutan praktik tövsiyələrdən ibarət “Fəal ol” adlı təlimat kitabçası hazırlanıb nəşr olunub.
Seminarda iştirak edən qadın bələdiyyə üzvləri ilə yanaşı rayonun ictimai fəal qadınlarıda müzakirələrdə öz tövhələrini verdilər
Təlim qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.