Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir şəhərinin prospekt və küçələrində yenidənqurma və abadlaşdırma işləri davam etdirilir

25 dekabr 2012 | 16:00

Kürdəmir şəhərinin prospekt və küçələrində yenidənqurma və abadlaşdırma işləri ilə əlaqədar müasir işıq dirəkləri quraşdırılır, divarlar ağlay materialı və keramik tavalarla üzlənilir,piyada yolları mozaik beton elementlərlə bəzədilir, divarların müasir dizayna uyğun üzlənmə işləri davam etdirilir.
Mövcud sahibkar obyektlərinin müasir üslubda üzlənməsinə başlanılmış, yaşayış binalarının fasadları rənglənmiş, məhəllədaxili ərazilərdə, səkilərdə sanitar təmizlik işləri aparılır, səliqə-səhman yaradılır.
Şəhər ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində rayonun Heydər Əliyev prospektində yerləşən 2 mərtəbəli yaşayış binasının dam örtüyünün müasir üslubda yenidən qurulması memarlıq baxımından şəhərimizə yaraşiq verməklə sakinlərin mənzil şəraitinin yaxşılaşmasına xidmət edəcək və digər binaların da həmin formada təmir edilməsi üçün nümunə olacaqdır.
 

Keçidlər