Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə şahmat turniri keçirilib

11 may 2016 | 16:00

Kürdəmir rayon Gənclər və idman idarəsi və YAP Kürdəmir rayon təşkilatının birgə təşkilatçılığı ilə 02-10 may tarixlərində rayonun Şahmat məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş idmanın Şahmat növü üzrə rayon birinciliyi keçirilib.
Yarışda 8-12 və 13-16 yaş qrupları üzrə 70-ə yaxın oğlan və qiz şahmatçıları iştirak edib.
Azərbaycan Şahmat Federasiyasının müəyyən etdiyi qaydalara əsasən keçirilmiş yarış 7 turdan ibarət olmuşdur.
Qaliblər təşkilatçılar tərəfindən diplom, medal və hədiyyələrlə mükafatlandırılmışlar.

Keçidlər