Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Böyük Vətən müharibəsində Qələbənin 71-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

09 may 2016 | 16:00

Mayın 9-da rayonun Qələbə parkında Böyük Vətən müharibəsində Qələbənin 71-ci ildönümü münasibətilə 1941-45-ci illərdə Böyük Vətən Müharibəsində iştirak etmiş kürdəmirli veteranlarla birgə tədbir keçirilib. 
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov,  Böyük Vətən müharibəsi veteranları, hüquq-mühafizə orqanlarının,  idarə , müəssisə və təşkilatların  rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Mərasimə gələn rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Böyük Vətən Müharibəsi veteranları ilə səmimi görüşərək onları ürəkdən salamladı,hər birinə uzun ömür ,can sağlığı arzuladı , onların istək və problemləri ilə maraqlandı, Azərbaycan xalqının müharibə illərində göstərdiyi əzmkarlıq və qəhrəmanlıqlarından söz açdı. O, Ulu Öndər Heydər Əliyevin veteranların sosial qayğılarını daim diqqət mərkəzində saxladığını, möhtərəm prezidentimiz cənab İlham Əliyevin bu yolu davam etdirərək Böyük Vətən müharibəsi iştirakçılarına göstərdiyi diqqət və qayğını xüsusi qeyd etdi.
Tədbir iştirakçıları Böyük Vətən Müharibəsində həlak olmuş kürdəmirlilərin xatirə abidəsi kompleksi və həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı Məmiş Abdullayevin büstü önünə tər çiçəklər düzdülər.
Tədbirdə Böyük Vətən Müharibəsi veteranlarına Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı tərəfindən maddi yardımlar göstərilib.
Sonda Böyük Vətən Müharibəsi veteranları ilə xatirə şəkilləri çəkdirildi.

Keçidlər