Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev məktəbi dövlətçilik, idarəçilik məktəbidir

06 may 2016 | 16:00

Mayın 6-da YAP Kürdəmir rayon təşkilatının Gənclər Birliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Heydər Əliyev məktəbi dövlətçilik, idarəçilik məktəbidir” mövzusunda tədbir keçirib.
        Öncə dəyirmi masa iştirakçıları rayon təşkilatının qərargahında yerləşən Ulu Öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzüblər.
        Dəyirmi masada  rayon təşkilatının Gənclər Birliyinin Şura üzvləri,fəal gənclər iştirak ediblər.
        YAP Kürdəmir rayon təşkilatının   akt   zalında  keçirilən tədbirdə  Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
        Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin  sədri Daşqın Rüstəmov  bütün varlığı ilə Azərbaycana və azərbaycançılığa xidmət edən dahi rəhbərimiz – dövlətçilik  tariximizə xilaskar kimi daxil olmuş  və respublikamıza rəhbərlik etdiyi bütün  dövrlərdə bu missiyanı çox böyük uğurla yerinə yetirmiş  Ulu Öndərimiz Heydər Əliyevin  keçdiyi həyat yolundan  danışmışdır. O, vurğulamışdır ki, Ulu Öndər Heydər Əliyev  Azərbaycana  rəhbərlik etdiyi  bütün dövrlər ərzində, həmişə xalqımızın milli maraqlarını dəqiq müəyyən etmiş, ictimai, siyasi, iqtisadi,   mədəni və digər sahələrlə yanaşı gənclərlə aparılan işi  daim önə çəkmişdir. Natiq  qeyd etmişdir ki, Ulu Öndərin Azərbaycan gəncliyinə göstərdiyi qayğı bu gün ölkə rəhbəri, partiyamızın sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. müasir tariximizin hər bir sətri Ümummilli Liderimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılmışdır. Bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz bütün nailiyyətlər Heydər Əliyev dühasının, ideyalarının nəticəsi və təntənəsidir. Ömrünü xalqının firavan yaşamasına həsr etmiş , dünya miqyasında tanınan və hörmətlə yad edilən Ümummilli Liderimiz   Heydər Əliyev xalqımızın yaddaşında     əbədi olaraq yaşayır və  yaşayacaqdır.
      Çıxışçılardan   YAP  rayon təşkilatının baş məsləhətçisi, rayon təşkilatının şura üzvü  Məhəmməd  Heydərli, şəhər 2 saylı tam orta məktəbin müəllimi, Gənclər Birliyinin şura üzvü  Leyla Abdurahmanova,  şəhər 3  saylı tam orta məktəbin müəllimi Şəfəq  Şirəliyeva           
şəhər 1  saylı tam orta məktəbin müəllimi  Günel Cəfərova Ulu Öndər Heydər Əliyevin cəmiyyət və dövlət quruculuğu prosesində gənclərlə iş sahəsinə xüsusi diqqət yetirməsindən,  Azərbaycan gənclərinin müstəqil dövlətimizin tərəqqisi naminə təşkilatlanmasından,  təhsilə olan qayğısından  danışmışlar. Natiqlər bu gün  ölkə rəhbəri cənab İlham Əliyevin bu siyasəti çox böyük uğurla davam etdirməsinin  müstəqil və müasir Azərbaycanın işıqlı gələcəyinin qarantına çevrilməsinə səbəb olduğunu vurğulamışlar. Onlar gənclərimizin bu sabitlikdən, əmin-amanlıqdan bəhrələnərək ölkəmizin uğurlu gələcəyi naminə çalışacaqlarını qeyd etdilər.

Keçidlər