Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinə örnəkdir

05 may 2016 | 16:00

Kürdəmir rayonunda Ulu Öndərin xatirəsinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində məktəblilər arasında “Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinə örnəkdir” mövzusunda inşa müsabiqəsi keçirilib.
Tədbirin keçirilməsində məqsəd məktəblilərin Ümummilli Lider Heydər Əliyevin tarixi həyat məktəbindən nələri öyrənib, mənimsədikləri barədə bilikləri üzə çıxarmaqdır.
Müsabqədə rayonun ümümtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edib. Münsiflər tərəfindən yoxlanılan inşa yazılarının nəticələrinə görə Xırdapay kənd tam orta məktəbinin şagirdi Qarayeva Ayşad I yerə, şəhər 2 saylı tam orta məktəbin şagirdi Qənbərli Zeynəb II yerə, şəhər 1 saylı tam orta məktəbin şagirdi Rəhimova Esmira III yerə layiq görülüblər.
Müsabiqənin qalibləri Kürdəmir rayon Gənclər İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

Keçidlər