Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunun “Gənclər Evi”nin binası genişləndirilərək atıcılıq tiri inşa olunur.

22 dekabr 2012 | 16:00

Gənclərimizin asudə vaxtlarının səmərəli təşkili və vətənpərvərlik ruhunun yüksəldilməsi üçun Kürdəmir rayonunun “Gənclər Evi”nin binası genişləndirilərək, müasir standartlara cavab verəcək atıcılıq tirinin yerləşdirilməsi üçün əlavə otaqlar inşa olunur.
Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rayonumuza tarixi səfəri zamanı açılışı gerçəkləşdirilən Kürdəmir rayon “Gənclər evi” rayon gənclərinin toplantı mərkəzinə çevrilmişdir.
Kürdəmir rayon İcra hakimiyyəti başçısı Cənab İrşad Əliyevin tapşırığına əsasən “Gənclər evi”ndə gənclərin bilik səviyyəsini artırmaq və müasir texnologiyaları daha da mükəmməl öyrənmələri üçün 2012-ci ilin iyul ayından etibarən kompyuter və ingilis dili kursları fəaliyyət göstərir.
Gənclərin asudə vaxtlarının səmərəli təşkili üşün Gənclər evi”ndə gənc müəllimlər, həkimlər ,sahibkarlar, idmançılar bölmələri yaradılmışdır , mütəmadi olaraq viktorinalar və turnirlər təştil olunur. Hal hazirda “Gənclər evinin” binası genişləndirilərək muasir standartlara cavab verəcək atıçılıq tiri inşa olunur. Burada pnevmatik və elektron tüfənglər quraşdırılıb gənclərin istifadəsinə veriləcəkdir.
 

Keçidlər