Şriftin ölçüsü :

Saytın rəngi :

44 günlük Vətən müharibəsində qələbənin ikinci ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib.

08 noyabr 2022 | 22:02
Noyabrın 8-də Kürdəmir rayonunda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan möhtəşəm tarixi Qələbənin ikinci ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib.
Əvvəlcə rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri Vətən yolunda canlarından keçmiş igid oğullarımızın xatirəsinə ucaldılmış abidəni və Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstələri düzüblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, şəhid Fərrux Hüseynovun anası Səhər xanım, qazi Fariz Əzizov və digər qonaqlar çıxış ediblər. Onlar çıxışlarında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Ordumuzun əldə etdiyi böyük Zəfərin verdiyi qürurdan danışıb iftixar gününə çevrilmiş Zəfər bayramı münasibətilə xalqımızı təbrik ediblər.
Tədbir Kürdəmir Regional Mədəniyyət İdarəsi Kürdəmir Rayon Mədəniyyət Mərkəzinin və Uşaq İncəsənət məktəbinin vətənpərvərlik mövzusunda hazırladığı konsert proqramı ilə davam etdirildi.
Keçidlər