Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir məktəbliləri arasında Tir atıcılığı üzrə rayon turniri keçirilib

28 aprel 2016 | 16:00

Aprelin 28-də Kürdəmir rayon Gənclər İdarəsinin təşkilatçılığı ilə rayonun 20 ümumtəhsil məktəbinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş İdmanın Tir atıcılığı növü uzrə rayon turniri keçirilib.

Yarış yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi və ümumtəhsil məktəblərində gənclərin çağırışaqədərki hazırlığı, məktəblilərə təlim silahlarından istifadə vərdişlərinin aşılanması və orduya hazırlanması məqsədi ilə təşkil olunub.

Yarışda komanda birinciliyində Çöhranlı kənd tam orta məktəbi I yeri,  şəhər 3 saylı tam orta məktəbi II yeri , şəhər 1 sayli tam orta məktəbinin  komandası  III yerə layiq görüldülər.  Şəxsi birincilik üzrə Köhnəbazar kənd tam orta məktəbinin şagirdi Asif Əzizov I yerə, Atakişili kənd tam orta məktəbinin şagırdi Ceyhun Dadaşzadə II yeri qazanmışlar. 
Qaliblərə diplomlar və xatirə hədiyyələri təqdim edilib.

Keçidlər